Xarici döyüşçülər üçün mərkəz?| Ukrayna Bosniya böhranı dövrünə qayıdır
Moskva açıq şəkildə Ukraynada belə sərt müqavimət gözləmirdi, bunu əsir götürülmüş rus əsgərləri ilə açıqlanan müsahibələr göstərirdi. Onların bir çoxu Daxili İşlər Nazirliyinin, Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) və ya xüsusi təyinatlıların zabitləri, digərləri isə indiyədək döyüş təcrübəsi olmayan çağırışçılar olub. Dörd həftəlik döyüşlərdə ruhdan düşmüş rus bölmələri böyük itki verdilər, onlar Ukraynada hərbi əməliyyatı davam etdirmək üçün dərhal əvəz edilməli olacaqlar.
Müharibə başlamazdan əvvəl Ukraynanın Müdafiə Qüvvələrində təxminən 261 min avtiv hərbi qulluqçu və 100 min könüllü var idi. 2014-cü ildən bəri təxminən 250 000 veteran Donbasda döyüşərkən hərbi təcrübə qazanıb. Bundan başqa, son bir neçə həftə ərzində 160 mindən çox ukraynalı orduya və digər döyüş birləşmələrinə qoşulmaq üçün ölkəyə qayıdıb. Öz növbəsində, Rusiya Belarusun cənubunda yerləşdirilən 45.000 belaruslu hərbi qulluqçu ilə birlikdə 120.000-125.000 hərbi qulluqçusunu Ukrayna sərhədi boyunca cəmləşdirmişdi.
Fevralın 27-də Ukrayna hakimiyyəti xarici döyüşçüləri yeni yaradılmış “Xarici legion” tərkibində ölkənin hərbi qüvvələrinə qoşulmağa çağırıb. Məlumata görə, cəmi dörd gün ərzində 52 ölkədən 20 minə yaxın könüllü Ukraynanın yerli səfirliklərinə müraciət edib. Onların Ukrayna ordusundakı statusu hələ də bəlli olmasa da, Kiyev xarici könüllülərə Ukrayna vətəndaşlığı və digər sosial yardımlar göstərəcəyini vəd edib.
Müharibənin ilk iki həftəsində beynəlxalq xəbər agentlikləri 100-dən çox şotland, 600 çex, 3000 amerikalı, 1000 kanadalı, o cümlədən gürcü, polyak, alman, israilli və digər beynəlxalq könüllülərin Ukraynaya qarşı müharibəyə qoşulmaq üçün müraciət etməsi barədə məlumat yayıblar. Onların əksəriyyəti İraq və Əfqanıstanda hərbi təcrübəyə malikdirlər. Böyük Britaniyanın Xarici İşlər Naziri Elizabet Trass Britaniya vətəndaşlarının Rusiyanın təcavüzünə qarşı Ukrayna ordusuna qoşulmaq qərarını açıq şəkildə dəstəkləsə də, sonradan Böyük Britaniyanın müdafiə qurumu bu qərara etiraz etdi. Latviyada qanunvericilər yekdilliklə vətəndaşlarının müstəqil şəkildə müharibəyə qoşulmaq hüququnun qanuniləşdirilməsinə səs verdilər. Kanada hökuməti bəyan etdi ki, Ukraynaya səfər etmək və Ukrayna üçün döyüşmək qərarı kanadalıların özləri tərəfindən verilməlidir, o vaxta qədər yüzlərlə kanadalı könüllünün artıq bu niyyətlə sərhədi keçdiyi bildirilirdi.
Əcnəbi legionerlərin Ukraynaya gəlişindən sonra onların başına gələnlərlə bağlı hakimiyyət orqanlarının təqdim etdiyi hansısa təfərrüatlar ictimaiyyətə açıqlanmadı. Bu, şübhəsiz ki, məqsədyönlüdür: onlar öz şəxsiyyətlərini vətənə qayıdaraq təqib olunma risklərindən qoruyur, həmçinin Ukrayna hərbi əməliyyatlarını gizli saxlayır. Xəbər verildiyi kimi, bir qrup əcnəbi Ukraynanın qərbindəki Yavorov bazasında təlim keçərkən, martın 13-də Rusiyanın ölümcül raket zərbəsinə məruz qalıb. Kiyev zərbədə qeyri-ukraynalıların öldüyünü inkar edir.
Ukraynaya gələn əcnəbi döyüşçülərlə bağlı xəbərlər Kiyevin beynəlxalq dəstək üçün müraciət etməsi ilə məhdudlaşmır. Martın 11-də Rusiya Silahlı Qüvvələri sürətlə artan itkilərə məruz qaldığı bir vaxtda prezident Vladimir Putin müdafiə naziri Sergey Şoyqudan Yaxın Şərqdən Ukraynada döyüşmək üçün könüllülərin tranzitini asanlaşdırmağa kömək etməyi xahiş edib. Şoyqunun sözlərinə görə, Müdafiə Nazirliyi artıq Rusiyanın müharibə səylərinə kömək etmək istəyən şəxslərdən 16 minə yaxın müraciət alıb. Məlumata görə, bu könüllülər Suriyanın yarımhərbi Milli Müdafiə Qüvvələrinin və Suriyanın nizami Silahlı Qüvvələrinin 5-ci korpusunun bölmələrinin üzvləridir. Liviyadan da bəzilərinin gəldiyi bildirilir. Döyüşçülərin orta əmək haqqı ayda 300-500 dollar qiymətləndirilir və Rusiya büdcəsindən ödəniləcək.
Rosqvardiya rəhbəri Viktor Zolotov etiraf edib ki, Ukraynada hərbi əməliyyat kifayət qədər sürətlə davam etmir. Son bir həftədə Rusiya ordusu böyük ölçüdə ilişib qalıb və iri quru hücumları həyata keçirmir. Rusiya qüvvələri Kiyev və Mariupol da daxil olmaqla bir neçə mühüm şəhəri ələ keçirməyə çalışır, lakin hələlik ukraynalı müdafiəçilər rusları saxlamağa davam edirlər. Buna görə də, Putinin xarici döyüşçülər üçün elan etdiyi dəvət, Moskvanın hərbi məqsədlərinə çatmaq üçün təcili əlavə qüvvələr gətirmək zərurətindən irəli gəlir. Eyni zamanda, Ukraynada belə əcnəbi döyüşçülərin olması ukraynalıları təslim olmaq üçün qorxutmaq məqsədi daşıya bilər. Bununla belə, əcnəbi könüllülərdən istifadə ən azı iki səbəbə görə Rusiyanın bölgədəki vəziyyətini kəskin şəkildə dəyişməyəcək.
Birincisi, Yaxın Şərqdən olan bir çox döyüşçü heç vaxt Rusiya Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak etməyib, bunun əvəzinə kiçik, mobil, mahiyyətcə ayrı-ayrı birləşmələrdə fəaliyyət göstərməyə üstünlük verib. Əgər onlar Ukraynada döyüşsələr, onların bölmələri ciddi maddi-texniki və mədəni problemlərlə üzləşəcək, çünki Yaxın Şərq döyüşçüləri ərazini və yerli dilləri bilmirlər. Bu baxımdan vəziyyəti daha da pisləşdirən rus komandirləri köhnəlmiş xəritələrdən istifadə edir ki, bu da hücum edən hərbi qüvvələrin daha da yönünü itirməsinə gətirib çıxarır. Eyni zamanda, muzdluların Moskva uğrunda döyüşmək iradəsi Rusiyanın özünün iqtisadi problemləri ilə sarsılacaq: hətta nizami rus qoşunları da artıq ödənişlərdə gecikmələr yaşayır.
İkincisi, şəhər müharibəsinin çətinlikləri, ehtimal ki, Rusiyanın Yaxın Şərq döyüşçülərinin istifadəsindən əldə edə biləcəyi hər hansı faydadan və ya bu döyüşçülərin yerli əhaliyə göstərəcəyi psixoloji təsirdən çox olacaq. Hələlik rus qoşunları irimiqyaslı şəhər müharibəsi ilə məşğul deyil, əvəzində Çerniqov, Sumi, Nikolayev, Mariupol və Xarkov kimi strateji şəhərləri atəşə tutmağa üstünlük verir. Bu, şübhəsiz ki, yerli əhalini təslim olmaq üçün qorxutmaq məqsədi daşıyır, həmçinin bununla ruslar Ukrayna ordusunun bölmələri, ərazi müdafiə qüvvələri və hətta öz məhəllələrini yaxından bilən yerli sakinlərlə ölümcül atışmalardan yayınırlar. Rusiya tərəfindən dəstəklənən əcnəbi döyüşçülər Ukrayna şəhərlərinə yaxınlaşa bilsələr belə, müharibənin ilk bir neçə günündə ciddi müqavimətlə üzləşəcəklər. Rusiyanın Ukraynada özünün “Xarici Legionu”nu yaratmaq qambiti (əgər bu, sadəcə olaraq təbliğatdan başqa bir şey deyilsə) Moskvanın qələbə qazanmasına mane ola bilər.
Oxşar məqalələr
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı